Xalq artisti Məleykə Əsədova evini satışa çıxardı –

ŞOK QİYMƏT
20 Noyabr 2019 - 18:36

Xalq artisti Mələykə Əsədova evini satışa çıxarıb.

Lent.az -ın əldə etdiyi məlumata görə, aktrisa bunun üçün yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət edib. “Makler” həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşıb.

Əməkdaşımız evi satan vasitəçi Miri adlı şəxslə əlaqə saxlayıb. Vasitəçi evin satış qiymətinin 3 milyon manat olduğunu deyib: “Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq”.