Xalq artisti Ramiz Məmmədov dəfn olunub

22 Mart 2021 - 12:51

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

Vida mərasimi Təzə Pir məscidində baş tutub. Mərasimdə R. Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib. R. Məmmədov dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

Xalq artisti Ramiz Məmmədov dəfn olunub. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib. (APA)