"Xalq Cəbhəsi məni tək qoydu...Seçkilərdən yorulmuşuq" - Prezident Ayaz Mütəllibov 1991-ci ildə türk jurnalistinə nələri açıqlayıb? /VİDEO
Türkiyənin məşhur telejurnalisti Mehmet Ali Birand 1991-ci ildə Azərbaycanda olub və prezident Ayaz Mütəllibovdan müəllifi olduğu "32-ci Gün" proqramı üçün müsahibə alıb.
AzPost bildirir ki, müsahibə Azərbaycanda 1991-ci ilin sentyabrında keçirilmiş prezient seçkisindən az sonra götürülüb.
Müsahibədə A.Mütəllibov SSRİ-nin son durumundan, müstəqil Azərbaycanın qarşısında duran problemlərdən, Qarabağ məsələsinin həlli yollarından, Türkiyə ilə əlaqələrdən, müxalifətlə münasibətlərindən danışıb.
Qeyd edək ki, Azərbaycanda 1991-ci ilin sentyabrında alternativsiz keçrilmiş prezident seçkilərində Ayaz Mütəllibov qalib gəlib. O zaman güclü müxalifət qüvvəsi sayılan Azərbaycan Xalq Cəbhəsi sekini boykot edib.
Xocalı soyqırımından sonra 1992-ci ilin martında Ayaz Mütəllibov prezident postundan istefa verib.
https://www.youtube.com/watch?v=S5hIIJlSqEw
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...