“Xalq Həyat” sığorta şirkətinin sədr müavini koronavirusdan vəfat edib

Bu gün “Xalq Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.

47 yaşlı Aqşin Yusifzadə 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, Y.Aqşin maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya ikincisi olmuşdu.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ceyhun Bayramov Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb

Sonrakı məqalə

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb