Azərbaycan Xalq Partiyası Pənah Hüseynin istefası barədə təklifini qəbul etməyib.
Azpost.info bildirir ki, bu barədə AXP-nn İdarə Heyətinin bu günkü iclasında qərar qəbul edilib.
İclasın yekunları ilə bağlı sabiq Baş nazir, AXP-nin sədri Pənah Hüseyn məlumat yayıb.
AXP İH hazırkı siyasi çağrıları nəzərə alaraq öz iclasında sədr kimi Pənah Hüseynə tam etimad ifadə edilməsi barədə qərar verib. Həmçinin partiya üzvləri AXP formasında siyasi fəaliyətidavam etdirəcəklər.
Növbədənkənar parlament seçkilərinin nəticələrindən narazılıq ifadə eən partiya eyni zamanda bəyan edib ki,
AXP mövcud Milli Məclisi real siyasi fakt kimi qəbul edir və beynəlxalq aləmi və təşkilatları Azərbaycan dövlətinə qarşı sanksiya və digər formalarda təzyiq göstərməyə cağırmayacaq.
Partiya seçki islahatlarının aparılmasına və yeni seçkilərin keçirilməsini vacib sayıb.
AXP seçkilərinin yaratdığı yeni siyasi mühitdə Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi, informasiya xarakterli təzyiq və təhdidlərə münasibətdə mövcud iqtidar daxil bütün siyasi qüvvələrlə milli birlik mövqeyini saxladığını bəyan edib, eyni zamanda iqtidar – müxalifət dialoqunun yenidən dəyərləndirilməsini zərurəti hesab edib.
AXP 2025- ci il ərzində növbədənkənar qurultayını çağırılması haqqında qərar qəbul edib.