Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.
Bunu bu gün CNN telekanalına müsahibəsində İran Ali lideri Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan bəyan edib.
H.Dehqan deyib ki, müharibəni ABŞ başlayıb: “Buna görə də ABŞ hərəkətinə məqsədyönlü cavaba hazır olmalıdır. Müharibənin bu dövrünə ABŞ-ın bizə vurduğu zərbəyə bərabər zərdə alması son qoya bilər. Təbii ki, cavab hərbi cavab olacaq və hərbi obyektlərə yönələcək. İran heç vaxt müharibəyə can atmayıb və can atmayacaq”. (APA)