Xamneyinin hərbi müşaviri:"ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşırıq"

Iranian flag waving with cityscape on background in Tehran, Iran

Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.

Bunu bu gün CNN telekanalına müsahibəsində İran Ali lideri Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan bəyan edib.

H.Dehqan deyib ki, müharibəni ABŞ başlayıb: “Buna görə də ABŞ hərəkətinə məqsədyönlü cavaba hazır olmalıdır. Müharibənin bu dövrünə ABŞ-ın bizə vurduğu zərbəyə bərabər zərdə alması son qoya bilər. Təbii ki, cavab hərbi cavab olacaq və hərbi obyektlərə yönələcək. İran heç vaxt müharibəyə can atmayıb və can atmayacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Eşşək əti zərərli ət deyil, yemək olar” –

Sonrakı məqalə

At avtomobillə toqquşdu –