Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir

8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.

Xankəndi şəhərinin girişindən başlanan yürüş Zəfər meydanınadək davam edəcək. Orkestrin müşayiəti ilə keçirilən yürüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, ərazidəki dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, Xankəndi şəhərində yaşayan insanlar iştirak edirlər.

Əvvəlki məqalə

Türkiyə səfiri Zəfər Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

Prezident Zəfər Parkından Azərbaycan xalqına müraciət edib