Xankəndinə gizli səfər etmiş Pekress efirdə rusca danışdı

Fransa prezidentliyinə namizəd Valeri Pekress yerli televiziyaya müsahibəsi zamanı rus dilində danışıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Pekres “France 2” telekanalının efirində rus xalqını “Avropada sülhü birlikdə qurmağa” çağırıb: “Mən qürurlu rus xalqına demək istəyirəm ki, biz Avropada sülhü birlikdə qurmalıyıq və Ukrayna ilə müharibəyə başlamaq dəhşətli səhv olardı”.

Telekanalın aparıcısı V.Pekresin bu fikirlərini fransız dilinə tərcümə edib.
Valeri Pekress Respublikaçılar Partiyasından namizəd seçilib.

Pekress ötən ilin dekabrında Xankəndinə qeyri-qanuni səfər edib. Rəsmi Bakı bununla bağlı Fransaya nota verib, Prezident İlham Əliyev bu səfəri kəskin tənqid edib. Fransa XİN başçısı isə parlamentin iclasında bildirib ki, səfərlərə gedərkən əvvəlcədən məlumat vermək lazımdır.

Fransada prezident seçkilərinin 2022-ci ilin aprelində keçirilməsi nəzərdə tutulub.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mixaylo”nu bizə tanıdan, “Yeddi oğul” istəyən 103 yaşlı sənətkar

Sonrakı məqalə

Xocavənddə avtobus qəzasında xəsarət alan 16 işçi Bakıya gətirilib