Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək

Bələdiyyələr
Bələdiyyələr

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə sentyabrın 9-11-də “Gülüstan” sarayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin qatılması gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadiminin iştirakı nəzərdə tutulur.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər edəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.