“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi hazırlanır

- Açıqlama
03 Dekabr 2019 - 13:18

Azərbaycanda “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi hazırlanır.

APA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

O  bildirib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz o olacaq: “Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox probleminin həllinə müsbət təsir göstərəcək”.