Xarici aviaşirkətlər Azərbaycanın hava məkanından istifadə etməyə başlayıb –İran böhranı qorxu yaradıb

Bəzi beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadənin dayandırılmasından sonra Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıb.

Bu barədə “Flightradar24” məlumat yayıb.

Bildirir ki, mövcud vəziyyətlə əlaqədar İran və İraqa uçuşların dayandırılmasından sonra təyyarələr Avropa istiqamətlərinə uçarkən Azərbaycan və Türkmənistanın hava məkanında sıxlıq müşahidə edilib. 

Qeyd edək ki, “Lufthansa”, “Air France”, “Singapore Airlines” şirkətləri də daxil olmaqla bəzi böyük beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadəni müvəqqəti dayandırıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xanhüseyn Kazımlının qızı deputatlığa namizədliyini irəli sürüb

Sonrakı məqalə

Sərdar Cəlaloğlu özünə qarşı virtual təxribatdan danışdı: