“Xarici neft şirkətlərindən tələb edilib ki, hasilatın sabitliyi təmin edilsin” –İLHAM ƏLİYEV

“Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı, bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik”.

Azpost.info bildirir ki, bu fikirləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.

“Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq”, – deyə dövlət başçısı əlavə edib.

Əvvəlki məqalə

Prezidentin iqtisadi məsələlər bağlı müşavirədə ÇIXIŞI –

Sonrakı məqalə

“BRİKS ölkələri Avropa və Şimali Amerikanı geridə qoyacaq”