Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Xarici səyyahlar Suqovuşan qəsəbəsində və Talış kəndində olublar

User 14 İyun 2023 - 19:03 (Last updated: 21 May 2025 - 20:15)
w_1616867507145927145366_1000x669

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Ağdamdan sonra Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində və Talış kəndində olublar.

Əvvəlcə Suqovuşan su anbarı ilə tanış olan xarici səyyahlar buradan açılan əsrarəngiz təbiət mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər. Səyahətçilərə Suqovuşan qəsəbəsi, su anbarının əhəmiyyəti, ərazinin turizm potensialı barədə məlumat verilib.

Sonra Talış kəndinə gələn xarici səyyahlar Azərbaycan dövləti tərəfindən burada həyata keçirilən tikinti-quruculuq işləri və 30 ildən sonra doğma torpaqlarına qayından sakinlərə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.

Səfər həm də işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.

Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.

Post navigation

Previous: Kreml rus generalın Ukraynada öldürülməsini şərh etmək istəmədi
Next: Kadırov Delimxanovun sağ olduğunu bildirib, foto paylaşıb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.