XİN-dən 15 sentyabrla bağlı paylaşım

Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Xarici siyasət idarəsinin paylaşımında qeyd olunub:

“Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq”.

Əvvəlki məqalə

Yol Polisindən tədris ilinin başlanması ilə əlaqədar MÜRACİƏT

Sonrakı məqalə

Prezident İlham Əliyev Daniel Orteqanı təbrik edib