Xınalığa gedən ərəb və rus turistləri güclü qara görə yolda qalıb –

FHN 2 xüsusi maşın göndərdi
02 Noyabr 2019 - 18:22

Qubanın Xınalıq kəndində gedən xarici turistlər yolda qalıb.

“Mercedes Vita” markalı maşınla Xınalığa getmək istəyən İspaniya, BƏƏ və Rusiyadan olan turistlər əraziyə yağan qar səbəbilə hərəkət edə bilməyiblər.

Yolda qalan şəxslər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ediblər. Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, turistlər üçün əraziyə 2 xüsusi maşın göndərilib. (APA)