Xırdalanda məktəbdə 17 yaşlı yeniyetmə bıçaqlanıb

07 Dekabr 2019 - 00:32

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xırdalan şəhərində, 2 saylı orta məktəbdə 2002-ci il təvəllüdlü Seyidov Xalid Namiq oğlu naməlum şəxslərlə mübahidə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)