Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib.
40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib.
O, İmişli rayonunda dəfn ediləcək.
Qeyd edək ki, üç ilə yaxın Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.
Azpost.info bildirir ki, Xocalı rayon prokuroru Atakişi Atakişiyev 1991-ci ilin dekabrında prezident Ayaz Mütəllibova vurduğu teleqramda yazıb: “Hər şey bizim üçün sona çatır, demək istədiklərimizi anlayın. Əhali Xocalını tərk etmək istəyir. Müdafiə nazirliyindən bizə heç bir kömək göstərilmədi. Cənab prezident, əhali Xocalını tərk edərsə o zaman Stepanakert – Əsgəran yolu açılacaqdır. Bizə kömək etməyinizi xahiş edirik. Dərhal köməyinizi gözləyirik, sonra çox gec olacaq. Bizə təcili yardım edin”.