Xocavənd rayonu ərazisində silah-sursat tapılıb

03 Aprel 2021 - 13:37

Xocavənd rayonu ərazisində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.