Xocavənd rayonu ərazisində təhlükəsizlik tədbirləri gücləndirilir

17.12.2020 · 13:41 · Sosial

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.