Xorultunun gözlənilməz səbəbi: Üz quruluşu yuxuya necə təsir edir?
Həkim İrina Butorina xorultunun yalnız yaşla və ya xəstəliklərlə deyil, həm də insanın üz anatomiyası ilə bağlı ola biləcəyini deyib.
AzPost xəbər verir ki, onun sözlərinə görə, xüsusilə dar üst çənəyə sahib olan insanlarda burun keçidləri də dar olur. Bu da onları yuxu zamanı ağızla nəfəs almağa məcbur edir.
Bundan əlavə, düzgün olmayan dişləmə də xorultuya səbəb ola bilər. Belə hallarda dilin arxa hissəsi tənəffüs yollarını bağlayır və nəfəs alarkən hava bu maneədən keçərək səs yaradır – bu da xorultudur.
Mütəxəssis hesab edir ki, bu problemi aradan qaldırmaq üçün ortodontik müalicə, xüsusilə də dişləməni düzəldən şəffaf hizalayıcılar effektiv nəticə verə bilər. Belə yanaşma həm də yuxunun keyfiyyətini artırır.
Həkimlər xəbərdarlıq edirlər ki, xorultu bəzən sadəcə narahatedici səs deyil, eyni zamanda ciddi tənəffüs pozuntusunun əlaməti ola bilər. Bu səbəbdən vaxtında həkimə müraciət etmək tövsiyə olunur.
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...