Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb

29 Dekabr 2020 - 23:35

Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Bu barədə Brakni bələdiyyə sədrinin müavini Baksiç-Mitiç açıqlamasında bildirib. 

“İndex.hr” xəbər portalının yaydığı xəbərdə isə bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, Maysk-Polyanada daha 1, Sisak yaxınlığında Jazhində yerləşən kilsədə 1 nəfər ölüb.

Qeyd edək ki bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 6.4 bal gücündə zəlzələ olub. (RİA-Novosti)

Sloveniya həmsərhəd olduğu Xorvatiyada güclü zəlzələdən sonra Krsko Nüvə Elektrik Stansiyasının fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

APA-nın məlumatına görə, bu barədə “Teletrader” portalı məlumat yayıb.