Xudatda Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb- FOTO

Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur.

Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov “Report”a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: “Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik. Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çavuşoğlu:

Sonrakı məqalə

Zakir Həsənov: