Yəhudi Humanitar Mərkəzi Prezidentə şikayət ünvanladı –“Sovetski”də məmurlar evi söküb, pulunu vermirlər

Azərbaycanda fəaliyyətdə olan nüfuzlu Yəhudi Humanitar Mərkəzi “Xesed Qerşon”un rəhbəri Şavul Davidov ölkə başçısına müraciət ünvanlayıb.

Azpost.info-ya daxil olan müraciətin surətindən belə aydın olur ki, Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşının evi olub və həmin ev sökülüb, lakin bu günə qədər müxtəlif bəhanələrlə kompensasiya ödənilməsi məsələsi həllini tapmayıb.

Müraciətdə deyilir:

“Hörmətli cənab prezident!

Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşı A.Baazovanın mülkiyyətində olan evi özünün razılığı olmadan söküblər, ev əşyalarının məhv edib və ona ödənilməli olan kompensasiya ödənmir. Təşkilat olaraq bu qanunsuzluqdan narahatçılıq ifadə edir, A.Baazovanın kompensasiyasının ödənilməsinə göstəriş vermənizi xahiş edirik. Təşkilatın və İsrail vətəndaşının nümayəndəsi dəfələrlə “Sovetski” adlanan ərazidə yerləmiş və sökülmüş evinin kompensasiyasının ödənilməsi məqsədi ilə yaradılmış Komissiyada, Maliyyə Nazirliyinin məsul şəxlərinin qəbulunda olmuş, lakın hər dəfə müxtəlif bəhanələr ilə kompensasiyanın ödənilməsi uzadılmışdır. Sonuncu dəfə nümayəndəyə maliyyə naziri Samir Şərifovun qəbuluna getməyi məsləhət görülmüşdür. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Respublikası maliyyə nazirinin qəbuluna müxtəlif bəhanələr ilə  düşməyə maneələr törədilir. Bildiririk ki, Komisiyannın dəlilləri heç bir hüquqi əsası yoxdur. Evə dair sənədlər mövcuddur, hətta kommunal hesablar da vardır və dəflərələ komissiyaya təqdim edilib. Bir daha bildiririk ki, İsrail vətəndaşının evinin sökülməsi nəticəsində kompensasiyanın ödənilməsindən yayındığından Mərkəz bu hadisəni pisləyir. Belə xoşagəlməz hadisənin baş verməsi, davam etdirilməsini Azərbaycandakı Yəhudi İcması pisləməklə ölkə başçısı cənab İlham Əliyevdən yaranmış problemin həll edilməsinə dair göstəriş verməsini xahiş edir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində spirtlə işləyən dron hazırlanıb –

Sonrakı məqalə

Putin beş generalı işdən azad edib