Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Yalnız bir ballistik raket vurulub, çünki “Patriotlar” üçün raketlər yoxdur” –

User 01 Avqust 2026 - 14:25
zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik hücumlarının qarşısını almaq üçün istifadə olunan “Patriot” sistemləri üçün raket çatışmazlığından şikayətlənib.

Zelenski bu barədə özünün “Teleqram” hesabında yazıb.

Zelenski bildirib ki, dünən gecədən bəri Kiyevdə və digər yerlərdə Rusiyanın hücumlarının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

“Şəhərdə çoxlu yanğın baş verib, yeddi rayon zərər çəkib. Həmişəki kimi, ruslar adi yaşayış binalarına zərbələr endiriblər. 18 ev, bir məktəb, Litva səfirliyi və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyə qədər bu hücum nəticəsində doqquz nəfərin öldüyü məlumdur. Onlarla insan yaralanıb. Həkimlər ehtiyacı olan hər kəsə kömək göstərirlər”, – deyə Ukrayna lideri qeyd edib.

Prezident bildirib ki, Rusiya gecə boyu Ukraynaya 35 raket atıb, onlardan 27-si ballistik olub, bundan başqa, müxtəlif tipli 185 zərbə dronu ilə hücum edilib: “Əsas hədəf Kiyev idi. Lakin onlar Dnepr, Sumı, Xarkov və Poltava bölgələrini də vurublar. Bu gecə bizim tərəfimizdən yalnız bir ballistik raket vurulub, çünki “Patriotlar” üçün raketlər yoxdur. Rusiyanı ballistik raketlərlə zərbə endirməyə təşviq edən də budur”.

Zelenski Ukraynanın tərəfdaşlarının bu amili nəzərə almasının vacibliyini də vurğulayıb: “Hər bir anti-ballistik raket xalqımızın həyatını xilas edir, onların olmadığı hər gecə isə itkilərə səbəb olur. Müdafiəmizi gücləndirmək üçün çalışan hər kəsə təşəkkür edirik”.

AzPost.az

Post navigation

Previous: Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
Next: Neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim

Oxşar xəbərlər

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.