Yanğın yeddi kəndi qazsız qoydu –

Ankara Maltepe'de otel yangını

Ankara'nın Çankaya ilçesi Maltepe semtinde bir otelin çatı katında yangın çıktı. Otelin 7. katında mahsur kalan Bilal Duran, uzatılan merdivenle itfaiye ekipleri tarafından kurtarıldı. Ambulansla hastaneye sevk edilen Duran'ın sağlık durumunun iyi olduğu öğrenildi. ( Güven Yılmaz - Anadolu Ajansı )

 

Ucar rayonu üzrə 7 kənd və şəhər ətrafı massivdə ümumilikdə qaz təminatında fasilə yaranıb. 

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, 4 fevral tarixində saat 19:00 radələrində Ucar rayonu ərazisində Ucar QPS-dən qidalanan 215 mm-lik orta təzyiqli qaz xəttinin zədələnməsi səbəbindən baş vermiş yanğın hadisəsi nəticəsində yaxınlıqdan keçən polietilen boru və metala keçid hissələr zədələnib və daşıyıcı kəmərlərdə qaz sızması yaranıb.

Nəticədə Ucar rayonu üzrə 7 kənd və şəhər ətrafı massivdə ümumilikdə 3226 abonentin qaz təminatında fasilə yaranıb.

Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar və Göyçay Xidmət Sahələrinin işçi qüvvəsi və texnikaları cəlb olunmaqla hazırda təmir bərpa işləri aparılır və gün ərzində qaz təminatının bərpası planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir