Yanvarda dəm qazı zəhərlənməsi ilə bağlı 200-ə yaxın müraciət olub

Yanvar ayında dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dəm qazı zəhərlənməsi səbəbilə 199 nəfər müraciət edib:

“Onlardan 183 nəfərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 16 nəfər Toksikologiya şöbəsinə qəbul olunub”(apa).

Əvvəlki məqalə

Türkiyədə olan Azərbaycan vətəndaşları harada səs verə bilər?

Sonrakı məqalə

“Ural Hava Yolları” Moskvadan Gəncəyə reysləri bərpa etməyi planlaşdırır