“Yanvardan bəri pul üzü görmürəm” –Faiq Ağayev işləməyən toy sektorundan danışdı

“Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günə muzdlu çalışanlar, bizim sferaya bağlı olan insanlar- gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar və kimlər… Onlar 4 aydır işləmirlər”.

Bu sözləri Xalq artisti Faiq Ağayev “Fatehin divanı” proqramında qonaq olarkən bildirib. Ağayev karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb: “Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək”.

https://ok.ru/video/1756079524458?fromTime=4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avropa İttifaqı ilə Azərbaycan arasında razılaşma son mərhələdədir”

Sonrakı məqalə

“Abituriyentlər üçün dərs vaxtı”: