Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib. Azpost.info bildirir ki, bu barədə Gununsesi.info– nun   YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir. Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub. Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili  üzvlük haqqını ödəməkdən yayınıb. Buna  görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb. Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub. Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.

AzPost.az