YAP-çı deputat komada olan Oqtay Gülalıyevi ziyarət etdi:“Vəziyyəti ağır stabildir”

Milli Məclisin YAP-dan olan deputatı Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət edib.

Azpost.info bildirir ki, bu barədə deputat özü məlumat verib.

“İndicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi yoluxdum. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır.

Allah şəfa versin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ayaz Mütəllibov islahatlardan və Elçibəyin evinin təmirindən danışdı:

Sonrakı məqalə

İranın İraqdakı diplomatik nümayəndəliyinə hücum olub