YAP-ın “91-lər”indən olan dosent Ariz Abduləliyev vəfat edib

05 Aprel 2021 - 11:27
YAP üzvü, məşhur “91-lər”dən olan Ariz Abduləliyev vəfat edib.
Azpost.info bildirir ki, Bakı Musiqi Akademiyasının dosenti 63 yaşında dünyasını dəyişib. A.Abduləliyev bu ali məktəbin “Şifahi ənənəli musiqi və müasir problemlər” elmi laboratoriyasının aparıcı elmi işçisi idi.
O, uzun illər “Səs” qəzetində çalışıb.