YAP-ın Biləsuvar təşkilatının sədri koronavirusdan vəfat edib

YAP-ın Biləsuvar rayon təşkilatının sədri dünyasını dəyişib.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Səfər oğlu Mirzəyev koronavirusdan müalicə olunduğu xəstəxanada 66 yaşında vəfat edib. O, həm də “Cənubi Muğan” Kanalı İstismar idarəsinin rəisi olub.

Kamil Mirzəyev Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunun Aqrar sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsində alıb. İkinci ali təhsilini isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində qazanıb.

Fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xankəndinin girişindəki döyüşdə yaralandım… məni dubinka ilə döyürdülər”-

Sonrakı məqalə

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adlar verilib –