“Yapı Kredi Bank Azərbaycan”a yeni sədr təyin olunub

Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub.

AzPost xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Qeyd edək ki, Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.
1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərmiş, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışmışdır. Mete bəy 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik etmiş, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olub.
Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-yə təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.