Yaponiya hökuməti keçmiş Baş nazir Şinzo Abenin dəfn mərasiminə 1,8 milyon dollar xərcləyəcək.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Dəfn üçün xərclərin yekun məbləği avqustun 26-da Nazirlər Kabinetinin iclasında təsdiqlənəcək. Bu pullar binaların icarəsinə və koronavirusdan qoruyucu vasitələrə sərf olunacaq.
Abenin dəfn mərasimində 6,4 min adam iştirak edəcək. Mərasimə Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Hindistanın Baş naziri Narendra Modi və digər yüksək vəzifəli şəxslər də qatılacaq.
Dəfn mərasimi sentyabrın 27-nə təyin edilib. Qeyd edək ki, “Nikkei” qəzeti Rusiya prezidenti Vladimir Putinin mərasimdə iştirak etmək istəyəcəyi təqdirdə, onun Yaponiyaya buraxılmayacağı barədə məlumat yayıb. Sanksiyalara görə onun ölkəyə girişi qadağan edilib.
Azpost.info
