Yaponiya Belarusa və Lukaşenkoya sanksiyalar tətbiq edir
Yaponiya Ukraynaya görə Belarusa qarşı sanksiyalar tətbiq edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida parlamentdə keçirilən dinləmələrdə açıqlama verib.
Baş nazirin sözlərinə görə, məhdudiyyətlər bu həftə qüvvəyə minəcək. Kişida Belarusun Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak etdiyini deyib: “Buna görə də Yaponiya fiziki və hüquqi şəxslərə, o cümlədən Aleksandr Lukaşenkoya qarşı sanksiya tədbirləri görməyə, ixraca nəzarət tədbirləri həyata keçirməyə qərar verib”.
Azpost.info
