Yaponiyada Baş Polis İdarəsinin rəhbəri İtaru Nakamura istefa verib.
Azpost.info xəbər verir ki, onun istefası Yaponiyanın keçmiş Baş naziri Sinzo Abenin öldürülməsi ilə bağlıdır. İdarə rəhbəri təhlükəsizlik sistemindəki boşluqlara görə vəzifəsini tərk edir.
“Təhlükəsizliyi əsaslı şəkildə dəyişmək və buna heç vaxt yol verməmək üçün bizə yeni sistem lazımdır”, – Nakamura bugünkü mətbuat konfransı zamanı deyib.
Abe iyulun 8-də Nara şəhərində seçki mitinqində güllələnib. Yerli polis rəisi Tomoaki Onizuka da hadisə ilə bağlı istefa vermək niyyətində olduğunu bildirib.
Azpost.info
