Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək

22.02.2022 · 12:01 · Dünya

Yaponiya ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmağı planlaşdırır.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli “Yomiuri” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiyaya qabaqcıl texnologiyaların, o cümlədən yarımkeçiricilərin, süni intellekt və robototexnika ilə bağlı texnologiyaların ixracının məhdudlaşdırılması planlaşdırılır.
Yaponiya bəyan edir ki, nəzərdə tutduğu qadağa 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən qadağadan daha geniş olacaq. Tokio həmçinin Rusiya banklarına məhdudiyyətləri sərtləşdirməyi nəzərdən keçirir.
Azpost.info