Yaponiyada 6 bal gücündə zəlzələ olub

Yaponiyanın cənub-qərbindəki Miyakojima adası yaxınlığında bu gün 6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.

Bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17.26-da qeydə alınıb.

Zəlzələnin mənbəyi suyun 40 kilometr dərinliyində olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib. Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə hələlik məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlığa namizəd olmuş AMİP üzvü intihar edib

Sonrakı məqalə

Qumar oyunlarına görə, yeni cəzalar müəyyənləşir