Yaponiyanın xarici işlər naziri gözlənilmədən Ukraynaya gəlib

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.

Yaponiyalı nazirin bir sıra Avropa ölkəsinə, o cümlədən Polşa və Finlandiyaya, həmçinin ABŞ və Türkiyəyə səfəri gözlənilirdi. Ancaq Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməmişdi.

Yoko Kamikava qışda Ukraynanın elektrikləşdirilməsi üçün lazım olan avadanlığın böyük partiyasının qarşı tərəfə təhvil verilməsi mərasimində də iştirak edəcək.

Fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpasına dair Yapon-Ukrayna konfransı keçiriləcək. Konfransda Ukraynanın Baş nazir Denis Şmıqalın iştirakı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

İtaliya məhkəməsi ölümündən sonra Maradonaya bəraət verib

Sonrakı məqalə

Ukrayna Rusiyanın hərbi hədəflərini uğurla vura bilir –