Yaponiyanın XIN başçısı Kiyevdə brifinqi zirzəmidə keçirib

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevə səfəri zamanı zirzəmidə brifinq keçirməyə məcbur olub.

Bu barədə Ukraynanın “Kanal 24” telekanalı məlumat yayıb.

Materialda bildirilir ki, jurnalistlər üçün keçirilən brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da iştirak edib. Eyni zamanda, tədbirdən olan videogörüntülərdə hər iki diplomatın “yüksək gərginlik” və “həyat üçün təhlükəli” sözləri yazılmış elektrik lövhələrinin yanında oturduğu görünür.

KİV-in məlumatına görə, şəhərdə hava hücumu xəbərdarlığı səbəbindən diplomatlar belə şəraitdə brifinq keçirməli olublar. Əhali xəbərdar etmək üçün onlayn resursun məlumatına görə, səhər saatlarında Kiyev və regionda sirenlər işə düşüb.

Əvvəlki məqalə

Bakıda avtomobil yollarında sürət həddi 30 km/saata endiriləcək

Sonrakı məqalə

Bakıdakı neft-kimya zavodları hansı ərazilərə köçürüləcək?