Yaş artdıqca zaman niyə daha tez keçir?– Alimlər səbəbini açıqladı

Zaman
Zaman

Yəqin ki, bu hissi hamınız yaşayırsınız: uşaqlıqda yay tətilləri bitmək bilmirdi, bir il bütöv bir ömür kimi gəlirdi. İndi isə elə bil yenicə Yeni ili qeyd etmişdik, amma artıq iyul ayındayıq.

Azpost.info bildirir ki, zamanın bu cür “sürətlənməsinin” arxasında çox maraqlı bir psixoloji və riyazi səbəb var.

“İlk”lərin səbəbi

Uşaq olanda beynimiz hər gün yeni bir informasiya partlayışı yaşayır. İlk dəfə velosiped sürürsünüz, ilk dəfə dəniz görürsünüz, hər qarış torpaq kəşf olunmalı bir dünyadır. Beyin bu yeni emosiyaları və məlumatları çox detallı qeyd edir. Yaşımız artdıqca həyatımız monotonlaşır: eyni iş qrafiki, eyni yollar, eyni rutinlər. Beyin artıq “təkrar” məlumatları qeyd etmir, onları silir və ya sıxır. Nəticədə, geriyə baxanda zaman çox sürətlə keçmiş kimi görünür.

Nisbət nəzəriyyəsi

Filosof Paul Janet tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə, zamanı ömrümüzün uzunluğuna nisbətdə qəbul edirik:

5 yaşlı bir uşaq üçün 1 il onun bütün ömrünün 20 faizidir.(çox böyük bir zaman kəsiyi).

30 yaşlı bir insan üçün 1 il onun ömrünün sadəcə 3.3 faizidir.

50 yaşında isə bu rəqəm 62 faizə düşür.

Yəni yaşımız artdıqca, hər yeni il ömrümüzün daha kiçik bir hissəsini təşkil edir və beynimiz tərəfindən daha kiçik bir zaman vahidi kimi qəbul olunur. Zamanı yavaşlatmağın yeganə yolu isə həyata yeni təcrübələr, fərqli hobbilər və monotonluğu pozan yeniliklər qatmaqdır.

Sunay

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.