Yasamalda gənc oğlan tapança ilə güllələndi –

FOTO
22 Dekabr 2019 - 23:57

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.