“Yaxın Şərqdə müharibə bütün dünya üçün fəlakət olardı” –

Putin
11 Yanvar 2020 - 22:46

“Yaxın Şərqdə genişmiqyaslı müharibə təkcə region üçün deyil, bütün dünya üçün fəlakət olardı”.

Bunu Kremldə Almaniya Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti ümid etdiyini bildirib ki, iş Yaxın Şərqdə genişmiqyaslı müharibəyə gedib çıxmayacaq, əks təqdirdə bu, fəlakətə çevriləcək: “Onsuz da regionda qarşıdurmalar gedir. Əgər böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı”. (APA)