Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb. AzPost bildirir ki, yazıçı bu barədə feysbuk hesabında yazıb. “Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur. Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”. Yazıçı Müşfiq Xanın övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib. Onun sözlərinə görə, axtarış elan edilib, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Yazı naviqasiyası Müharibədən sağ qayıtdı, faizə pul götürdü, adam öldürdü “Olimp-Hospital”da əmək hüququnun pozulması araşdırılıb