“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb” –Rusiya Azərbaycanlıları İttifaqı SSRİ nostaljisini niyə unuda bilmir?

“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb. Bu əhalinin siyahıya alınmasında qeyd olunan dəqiq statistikadır. Bu adamlar artıq rusiyalıdırlar. Başqa sözlə Rusiyada olan 1,5 milyon soydaşımızın hamısı Azərbaycan vətəndaşı deyil”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyadakı soydaşlarmızın durumu ilə bağlı “Pravda” qəzetinə müsahibə verən Rusiya Azərbaycanlıları İttifaqının sözçüsü Anar Həsənov bildirib.

Onun sözlərinə görə, bu şəxsləri artıq müvəqqəti miqrant saymaq olmaz. A.Həsənov deyib ki, azərbaycanlılar bu gün çoxmilyonlu diaspora sayılır. Onların sayı Rusiyada çoxdur və aralarında uğur qazanmış şəxslər kifayət qədərdir: “Təəssüflə qeyd edim ki, rus və azərbaycanlılar arasında bir-biriləri barədə informasiya qıtlığı müşahidə edilir. Azərbaycanda Rusiya barədə az, çox vaxt təhrif olunmuş informasiyalar dolaşır. Biz məlumat mübadiləsinə diqqət yeriməliyik”.

A.Həsənov qeyd edib ki, Azərbaycan SSRİ tərkibində olarkən həmişə donor respublika olub: “Əlbəttə, bu gün azərbaycanlılar SSRİ üçün nostalji hisslər keçirirlər. Ona görə ki, Sovet İttifaqı Azərbaycan xalqına çox mühüm və faydalı şeylər bəxş edib”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna rus qazının tranzitini dayandırmağa hazırlaşır –

Sonrakı məqalə

Ermənistan bu dəfə iriçaplı pulemyotlarla atəşkəsi pozdu –