“Gələcəkdə əsas ehtiyat valyutaları kimi, dollar və avrodan imtina edilməsi tamamilə mümkündür. İndi regional valyutaların yeni erası başlayır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında bildirib. Medvedev qeyd edib ki, dollara və avroya inam səhər dumanı kimi əriyir.
O, mövqeyini ehtiyat valyutaların Qərb siyasətçilərinin qərarları ilə idarə olunması ilə izah edib: “Əgər onlar üzrə öhdəliklər dondurulubsa və ağlını itirmiş siyasətçilərin iradəsi ilə faktiki olaraq defolt edilibsə, bu necə ehtiyatlardır? Bu halda onlar kimə lazımdır? Onları yanacaq tədarükü müqavilələri üçün ödəniş kimi də götürmək istəmirlər”.
Azpost.info