Yeni il ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib

- Açıqlama
04 Yanvar 2020 - 14:16

Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.

Bu barədə “Report”a Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, Yeni İl ərəfəsində ərəb turistlərin ölkəyə daha çox gəlişi müşahidə edilib: “Ümid edirəm ki, yaxın gələcəkdə digər ölkələrdən də turistlərin Azərbaycana gəlişində artım görərik. Bununla yanaşı, 2020-ci il üçün Azərbaycanın turizm bazarında əsas prioritet Asiya və Avropa ölkələri təşkil edəcək”.

N.Bağırov vurğulayıb ki, 2019-cu ildə turist sayı 3 milyonu ötüb.