Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi istifadəyə veriləcək

“TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantalogiya şöbələri yaradılıb və onların bəzilərinin fəaliyyəti üçün icazələr alınıb. Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək”.

Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.

Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir. “Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq”, – deyə icraçı direktorun müavini vurğulayıb.

Əvvəlki məqalə

“Radioya qulaq asmıram…Aparıcılar savadsız və Azərbaycan dilindən bixəbərdirlər” –

Sonrakı məqalə

Əkin sahəsini sığorta edərkən hansı məqamlara diqqət yetirilməlidir?