Yeni nazir müavini hansı sahəyə cavabdeh olacaq? –AÇIQLAMA

Bir neçə gündür gənclər və idman naziri Fərid Qayıbovun yeni müavinləri İndira Hacıyeva və Marina Vasileva sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Daha çox Azərbaycan gimnastika millisinin bolqarıstanlı baş məşqçisi M.Vasileva diqqət mərkəzindədir.  

Belə ki, təyinatdan sonra bolqarıstanlı çalışdırıcının sosial şəbəkələrdə əyləncə məclislərindən fotoları və videoları yayılmağa başlayıb. Müzakirələr də məhz bu mövzuda davam edib. İstifadəçilərin bir qismi həmin görüntüləri tənqid edərək nazir müavininin daha çox ciddi və rəsmi şəxs olmasının vacibliyini vurğulayıb.

Digər qismi isə bu cür fotoların bolqarıstanlı sabiq gimnastın şəxsi həyatı olduğu üçün qabardılmamasının tərəfdarı olduğunu, üstəlik, həmin foto və videoların təyinatdan öncə çəkildiyini qeyd edib.

Daha sonra Marina Vasilevanın bundan sonra Azərbaycan millisində çalışıb-çalışmayacağı da gündəm mövzusuna çevrilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev “Qafqazinfo”ya açıqlamasında M.Vasilevanın fəaliyyəti ilə bağlı danışmağın tez olduğunu bildirib: “Marina xanım işi hələ yenicə təhvil alır. Hələlik fəaliyyətə başlamadığı üçün işinə qiymət vermək də məntiqlə tezdir. Onun əsas işi nazir müavini olaraq idman siyasətinə cavabdehlikdir.

Nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq. Lakin uzun illərdir yığmaya rəhbərlik etdiyi və bu idman növünün mütəxəssisi olduğu üçün ehtiyac yarananda milli komandaya məsləhətləri ilə dəstək olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq şairi Ramiz Rövşənin kitabı ingilis dilində çap olunub

Sonrakı məqalə

Azərbaycanda hərbçi qayadan yıxılaraq həlak olub