Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova İnstitutun yeni direktor müavini İradə Xəlilovanı müəssisənin kollektivinə təqdim edib.
Görüş çərçivəsində İnstitutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamı ilə Azərbaycanda Zoologiya İnstitutu və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birləşdirilməsi əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu yaradılıb. İnstitut canlı orqanizmlərin fəaliyyətini tədqiq edir.
